Bakıda qəza törədən sürücü hadisə yerindən qaçdı
25 oktyabr 2014 06:41 (UTC +04:00)

Bakıda qəza törədən sürücü hadisə yerindən qaçdı

Gecə saatlarında Xəzər rayonu Mərdəkan qəsəbəsində  yol nəqliyyat hadisəsi baş verib. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, qəza Mərdəkan-Buzovna yolundakı yol ayrıcında qeydə alınıb. Hələlik kimliyi məlum olmayan "Toyota" markalı minik avtomobilinin sürücüsü  idarəetməni itirib. Avtomobil yol ayrıcındakı  dəmir qoruyuculara çırpılıb. Xoşbəxtlikdən  ölən olmasa da avtomobil yararsız vəziyyətə düşüb. Sürücü isə taksiyə minərək ərazidən uzaqlaşıb.

 

Qəzanın baş verdiyi əraziyə Dövlət Yol Polisinin əməkdaşları gəliblər. Avtomobil evakuator vasitəsi ilə ərazidən uzaqlaşdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 799
avatar

Oxşar yazılar