Bakıda qətl törədib Gürcüstana qaçmaq istədi, yaxalandı
15 noyabr 2014 21:33 (UTC +04:00)

Bakıda qətl törədib Gürcüstana qaçmaq istədi, yaxalandı

Paytaxtda ölüm faktı qeydə alınıb. APA TV-nin məlumatına görə, özünü xəstəxanaya Ramin adı ilə təqdim edən şəxsin qarın boşluğunda kəsilmiş deşilmiş yara müəyyənləşib və o bu diaqnozla cərrahiyyə otağına yerləşdirilib. Əməliyyat zamanı onun həyatını xilas etmək mümkün olmayıb. Araşdırma zamanı qətlə yetirilən şəxsin 36 yaşı olduğu, Gəncə prospekti ev 54, mənzil 75 ünvanında yaşayan Bədəlov Kamil Sürət oğlu olduğu müəyyənləşib. Məlum olub ki, onu tanışı Əhmədov Ədalət Fizuli oğlu aralarında yaranan mübahisə zəminində qətlə yetirib. Hadisə yerindən qaçan Ədalət Əhmədov Azərbaycanın dövlət sərhədini keçmərək Gürcüstana getmək istəyib, lakin polis əməkdaşları tərəfindən yaxalanıb.

 

 

APA TV-yə açıqlama verən Ədalət Əhmədov hadisənin təfərrüatlarını danışıb: “Bir bıcaq vurdum, sonra getdim. Səhər zəng etdim ki, görüm necədir, telefonunu polis götürdü, dedi ki ölüb”.

 

 

"Sınıq körpü"də saxlanılan şübhəli şəxs istintaq orqanına təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1659
avatar

Oxşar yazılar