Bakı kəndində qaynata gəlinin boğazını kəsib. Hadisə Fatmayi kəndində qeydə alınıb.
Lent.az-ın məlumatına görə, bu barədə Fatmayi polis şöbəsinin müstəntiqi Samir Balakişiyev ANS PRESS-ə məlumat verib.
Verilən məlumata görə, hadisə Fatmayi kənd orta məktəbinin yaxınlığındakı evlərin birində qeydə alınıb.
Belə ki, 1939-cu il təvəllüdlü Gülbala Rəhim oğlu Mamedov gəlini 27 yaşlı Büllurə Famil qızı Məmmədovu bıçaqlayıb.
Qadını bıçaqlayarkən kişi sərxoş olub. Hadisə evdə yaranan mübahisə zamanı baş verib.
Qadın xəstəxanaya yerləşdirilib.
Gəlininin boğazını kəsən qaynata isə saxlanılıb.
“Dünən sərxoş olduğu üçün onun ifadəsini ala bilməmişik. Bu gün hadisə barədə ətraflı araşdırmalar aparılacaq”, - deyə Samir Balakişiyev bildirib.
Bakıda qayınata gəlinini qanına qəltan elədi
2910