<span style="color:red;">Bakıda dəhşət:  qatarın altında qalan şəxs parça-parça oldu
16 oktyabr 2014 12:13 (UTC +04:00)

Bakıda dəhşət: qatarın altında qalan şəxs parça-parça oldu

Bakıda dəhşətli hadisə baş verib. Lent.az-ın virtualaz.org-a istinadən məlumatına görə, Sabunçuda qatar naməlum kişinin üstündən keçib. "Tümen-Bakı" sərnişin qatarı Sabunçu rayonundakı dəmiryolu vağzalının yaxınlığından keçərkən şəxsiyyəti məlum olmayan, təxminən 45-50 yaşlarında olan kişini vurub. Qatar vuran şəxsin meyitini səhər saatlarında hadisə yerindən keçən qəsəbə sakinləri görərək Sabunçu Xətt Polis Şöbəsinə məlumat veriblər. Hadisə şahidlərinin verdiyi məlumata əsasən, meyit parça-parça olduğundan onu heç kim tanıya bilməyib.

 

Sabuçu Xətt Polis Şöbəsindən də faktı təsdiqləyiblər. Şöbədən bildirilib ki, şəxsiyyəti məlum olmayan şəxsi gecə saat 01:50 radələrində “Tümen-Bakı” sərnişin qatarı vurub.

 

Hadisə ilə bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2185
avatar

Oxşar yazılar