Bakıda Qarabağ veteranı özünü yandırmaq istədi
25 iyul 2014 14:44 (UTC +04:00)

Bakıda Qarabağ veteranı özünü yandırmaq istədi

0

Bir neçə dəqiqə bundan əvvəl Qarabağ müharibəsi veteranı, sahibkar Fəqan Nəsibov özünü Prezident Administrasiyasının (PA) qəbul otağının qarşısında yandırmağa cəhd edib. Lent.az-ın bizimyolinfo.ya istinadən verdiyi məlumata görə, veteranın özünə qəsdə vadar edən səbəb kimi məmur özbaşınalığı göstərilir. F.Nəsibov deyib ki, Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayev onun 65 min dollarını mənimsəyib. Bu səbədən də veteran son çıxış yolunu özünə qəsd etməkdə görüb.

 

F.Nəsibov üzərinə benzini töküb özünü yandırmaq istədikdə, Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları tərəfindən hadisənin qarşısı alınıb.

 

Qeyd edək ki, Qarabağ müharibəsi iştirakçısı PA-nın qarşısına ailəsi ilə birlikdə gəlib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1787

Oxşar yazılar