Bakıda qara eynəkli cinayətkar dolaşır - <span style="color:red;">EKSKLÜZİV
19 mart 2014 12:19 (UTC +04:00)

Bakıda qara eynəkli cinayətkar dolaşır - EKSKLÜZİV

Son aylarda Bakıda bankomatlardan qeyri-qanuni pul çıxarılması ilə bağlı polisə edilən şikayətlərin sayı xeyli artıb. Lent.az-ın məlumatına görə, əsasən yaşlı sakinlər kart vasitəsi ilə təqaüdlərini götürməkdə səriştəli olmadığından aldanırlar. Bildirilir ki, son vaxtlar Bakıda vətəndaşların kartlarının balansındakı vəsaitin qeyri-müəyyən formada yoxa çıxması paytaxtda fəaliyyət göstərən cinayətkar qruplaşmanın fəaliyyətinin nəticəsidir. Bu formada yüzlərlə təqaüdçünün pulu “itib”.

 

Araşdırmalarla müəyyən edilib ki, Bakının müxtəlif ərazilərində, əsasən Yasamal rayonu ərazisində dolaşan qara eynəkli, baş geyimindən istifadə edən şəxs müxtəlif vaxtlarda bankomatlardan pul çıxarmağa çalışan və bu işdə çətinlik çəkən şəxslərə yaxınlaşır. Vətəndaşların etibarından sui-istifadə edən şəxs kartın aparata salınmasından sonra onlayn əməliyyat vasitəsi ilə balansdakı pulu bank hesabına köçürür. Daha sonra sistemdə problemin olduğunu deyən həmin şəxs təqaüdçünün kartını özünə qaytararaq uzaqlaşır. Bankomatdan pul çıxarılmadığını görən şəxslər isə nəyin baş verdiyini çox-çox sonra anlayır.

 

Vətəndaşların ifadələri və bankomatların çəkdiyi fotolar vasitəsi ilə qara eynəkli şəxslə bağlı müəyyən məlumatlar toplansa da, onun şəxsiyyəti hələ də müəyyənləşdirilməyib. Ehtimal edilir ki, bankomat “yardımçısı” üst geyimi, eynək və baş geyimini dəyişdirməsi nəticəsində hələ də məsuliyyətdə yayına bilir. Bununla belə onun eynəkli fotoları polis bölmələrinə paylanılıb.

 

O da bildirilir ki, bankomatdan hansısa bank hesabına köçürülən vəsait sürətlə müxtəlif hesablar arasında dövriyyə edərək iz azdırmağa çalışır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5413
avatar

Nizam Rza

Oxşar yazılar