Bakıda qadını avtomobillə vurub qaçan sürücü tutuldu
19 iyul 2018 12:45 (UTC +04:00)

Bakıda qadını avtomobillə vurub qaçan sürücü tutuldu

Bakıda qadını avtomobillə vurub qaçan sürücü saxlanılıb.

 

Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, iyulun 4-də paytaxtın Nizami rayonunun Q.Qarayev prospektində yolu keçən Bakı şəhər sakini Jalə Dəmirli müəyyən edilməmiş avtomobillə vurulub. Piyada xəstəxanaya müraciət etməyib.

Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Renault” markalı avtomobilin sürücüsü Xocavənd rayon sakini Nazir Hüseynov saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 229
avatar

Oxşar yazılar