Bakıda qadından saxta pasport götürüldü
24 noyabr 2016 12:48 (UTC +04:00)

Bakıda qadından saxta pasport götürüldü

Bakı şəhər sakinindən saxta sənədlər götürülüb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Mehin Mahmudzadədən Rusiya Federasiyasının vətəndaşlığını təsdiq edən saxta pasport və Moskva şəhərində orta məktəbi bitirməsinə dair saxta attestat aşkar edilərək götürülüb.

 

Faktla əlaqədar cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 213
avatar

Oxşar yazılar