Ötən gecə saat 23.00 radələrində Bakının ən böyük prospekti olan Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın musavat.com-a istinadən xəbərinə görə, “Kia Cerato” markalı avtomobili idarə edən qadın sürücü idarəetməni itirib və nəticədə avtomobil bardürə çırpılıb.
Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.
Hadisə ilə bağlı araşdırma aparılır.