Bakıda ölümlə nəticələnən qəza törətmiş sürücü saxlanılıb. Lent.az-ın Bakı şəhər Baş Polis İdarəsinə istinadən məlumatına görə, Cinayət Axtarış İdarəsi (CAİ) Təhlükəsiz Şəhər Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 5-də saat 05:30 radələrində Hövsan-Türkan yolunda Hövsan qəsəbə sakini, 1980-ci il təvəllüdlü Teymur Əlimövsüm oğlu Mahmudovu avtomobillə vurub öldürməklə hadisə yerindən qaçmaqda şübhəli bilinən sürücü müəyyən edilib.
Bakı şəhər sakini əvvəllər məhkum olunmuş 1985-ci il təvəllüdlü Vüsal Məhərləm oğlu Paşayev idarə etdiyi “Daevoo Nexia” markalı avtomobillə birlikdə müəyyən olunaraq məsuliyyətə cəlb edilib.