Bakıda oğurluqla məşğul olan qız tutulub
18 noyabr 2014 12:39 (UTC +04:00)

Bakıda oğurluqla məşğul olan qız tutulub

0

Bakıda oğurluqla məşğul olan qız polis tərəfindən saxlanılıb. Bakı Şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Nizami rayon Polis İdarəsi, 25-ci Polis Bölməsi və Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 17-də saat 18.00 radələrində Qara Qarayev prospektində yerləşən mağazada Bakı şəhər sakini Badam Əliyevanın əl çantasını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Səbinə Əliyeva yaxalanıb.

 

S.Əliyeva ətrafında araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 926

Oxşar yazılar