Bakıda oğurluqda şübhəli şəxslər saxlanılıb
09 iyul 2014 10:44 (UTC +04:00)

Bakıda oğurluqda şübhəli şəxslər saxlanılıb

0

Bakıda oğurluqda şübhəli şəxslər saxlanılıb. Bakı Şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən xəbərə görə, iyunun 21-də Qala qəsəbəsində yaşayan Sona Pirnəzərovanın evindən pəncərəni açmaqla 4760 manat və qızıl zinət əşyaları oğurlanıb.

 

Xəzər Rayon Polis İdarəsi 1-ci polis  əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri, 1988-ci il təvəllüdlü Tural Rəsulov və 1996-cı il təvəllüdlü Elşad Şamilov tutulub.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 713

Oxşar yazılar