Bakıda ödəmə terminallarını qarət edən şəxslər tutuldu
25 aprel 2015 14:55 (UTC +04:00)

Bakıda ödəmə terminallarını qarət edən şəxslər tutuldu

Bakıda müxtəlif yerlərdən oğurluq edən şəxslər həbs edilib. Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində apreldə Susanna Şərifovaya məxsus mağazadan içərisində pul olan “E-manat” ödəmə terminalını, Lökbatan qəsəbəsinin ərazisində quraşdırılmış “Milli Ön” ödəmə terminalından pul, Füzuli Sadıqova məxsus mağazadan tütün məmulatı və sərinləşdirici içki, habelə oradakı 2 ədəd “E-manat” ödəmə terminalından pul, Araz Məmmədova məxsus mağazadan pul, tütün məmulatı oğurlamış Qızıldaş qəsəbə sakinləri İlkin Mustafayev, Qurban Şəbiyev və Aqil Qasımov tutulublar.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 90
avatar

Oxşar yazılar