Bakıda musiqiçinin evinə basqın olub: 50 min avro aparılıb
19 oktyabr 2014 13:02 (UTC +04:00)

Bakıda musiqiçinin evinə basqın olub: 50 min avro aparılıb

0

Bakıda mənzildən külli miqdarda pul oğurlanıb. Lent.az-ın məlumatına görə, hadisə Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 7, mənzil 16-da baş verib. Paytaxt sakini, 1978-ci il təvəllüdlü İgidov Emil Vaqif oğlu polisə müraciət edərək bildirib ki, həyat yoldaşının adına qeydiyyatda olan evə naməlum şəxs və ya şəxslər soxulub. Evdən ümumilikdə 50 min avro pul oğurlanıb.

 

Faktla bağlı zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

 

Qeyd edək ki, zərərçəkən şəxs musiqiçidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 8677

Oxşar yazılar