Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə müraciət daxil olub. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1951-ci il təvəllüdlü Arakson Mariya Lyubovnanın cəsədini aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.