Bakının Nərimanov rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilin eyvanının dəmir barmaqlıqlarını xüsusi alət və avadanlıqlar vasitəsilə kəsərək mənzilə daxil olublar. Mənzilə baxış keçirilərkən 1942-ci il təvəllüdlü Abbarinova Olqa Mixayilovna vəfat etdiyi müəyyən olunub. O.Abbarinovanın cəsədi aidiyyəti üzrə təhvil verilib.