Bakıda mənzildən 67 yaşlı kişi meyiti aşkarlanıb
02 iyul 2014 00:08 (UTC +04:00)

Bakıda mənzildən 67 yaşlı kişi meyiti aşkarlanıb

0

 Xətai rayonunda 1947-ci il təvəllüdlü Arif Ağaəli oğlu Dadaşov mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.  

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, nazirliyin uyğun xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

 

Xilasedicilər 9 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə  qonşu mənzilin eyvanından daxil olublar. Mənzilə baxış keçirilərkən Arif Ağaəli oğlu Dadaşov hərəkətsiz vəziyyətdə aşkarlanıb.

 

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində A.Dadaşovun vəfat etdiyi müəyyən olunub.

 

Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.  

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1025

Oxşar yazılar