Bakıda mənzildə meyit tapıldı
07 noyabr 2014 23:33 (UTC +04:00)

Bakıda mənzildə meyit tapıldı

0

Bakının  Səbail rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalıb.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

 

Xilasedicilər mənzilin qapısını xüsusi alət və avadanlıqlar vasitəsilə açıblar. Mənzilə baxış keçirilərkən 1940-cı il təvəllüdlü Volodin İqor Borisoviç huşsuz vəziyyətdə aşkarlanıb.

 

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində vətəndaşın vəfat etdiyi müəyyən olunub. Meyit aidiyyəti üzrə təhvil verilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1024

Oxşar yazılar