Bakıda baş vermiş daha bir dələduzluq əməli ilə bağlı polisə müraciət daxil olub. Lent.az-ın məlumatına görə, 1968-ci il təvəllüdlü Əliyev Azər Ağaqulu oğlu şikayət ərizəsində qeyd edib ki, keçən ilin martında S.Vəzirov küçəsində Teymur adlı tanışına 15 min manat verib. Həmin şəxs bu pulun qarşılığında A.Əliyevi məhkəmə orqanlarında işə düzəldəcəyinə söz versə də, sonradan vədinə əməl etməyib.
A.Əliyev pulunu ala bilmədiyi üçün polisə müraciət edib.
Araşdırma aparılır.