Mayın 25-də saat 19 radələrində Səbail rayonunun Bayıl qəsəbəsi ərazisində Bakı şəhər sakini Natiq İsmayılov idarə etdiyi “Mercedes” markalı avtomobillə piyada keçidində yolu keçən paytaxt sakini, azyaşlı Rəvan Qurbanovu vurub və nəticədə uşaq hadisə yerində ölüb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Səbail RPİ tərəfindən araşdırma aparılır.