Bakıda maşın qaçıran keçmiş məhkum tutuldu
25 may 2018 13:32 (UTC +04:00)

Bakıda maşın qaçıran keçmiş məhkum tutuldu

0

Bakıda avtomobil qaçırmış şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 23-də Samir Əmirliyə məxsus “VAZ-21015” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Pərvin Süleymanov saxlanılıb. Avtomobil Y.Vəzirov küçəsində tapılıb.

 

 

Araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 427

Oxşar yazılar