"Azəryolservis"dən avtomobilin çuxura düşməsi xəbərinə MÜNASİBƏT - YENİLƏNİB
24 iyul 2014 18:17 (UTC +04:00)

"Azəryolservis"dən avtomobilin çuxura düşməsi xəbərinə MÜNASİBƏT - YENİLƏNİB

0

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC Bakıda avtomobilin yol təmiri üçün qazılmış çuxura düşməsi xəbərinə münasibət bildirib. Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Lent.az-a bildirib ki, məlumatda yanlışlıqlara yol verilib: "Birincisi həmin küçənin adı 20 Yanvar küçəsidir. İkincisi kommunikasiya xətlərinin köçürülməsi ilə birbaşa həmin xətləri istismar edən qurumlar məşğul olur. Üçüncüsü isə həmin yolu "Azəryolservis" təmir etmir".

 

Lent.az-ın əldə etdiyi digər məlumata görə, 20 Yanvar küçəsinin təmirini Bakı şəhər İcra Hakimiyyəti məşğul olur.

 

 

*****

 

14:39

 

Bakıda "Toyota Land Cruiser" markalı avtomobil çuxura düşüb. 

Lent.az-ın " azxeber.com-a istinadən verdiyi məlumata görə, hadisə Şamaxinka adlanan ərazidə baş verib. Avtomobil "Qızıl Tac" şadlıq sarayından üzü Şamaxinka ərazisinə doğru hərəkət edərkən "Azeryolservis ASC"nin yolun təmiri ilə əlaqədar qazdığı çuxura düşüb. 

Bir neçə saat sonra ətrafdakı sakinlərin köməyi ilə avtomobil çuxurdan çıxardılıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2365

Oxşar yazılar