Bakıda mağazadan oğurluq edən şəxs kameraya düşdü
16 oktyabr 2014 07:39 (UTC +04:00)

Bakıda mağazadan oğurluq edən şəxs kameraya düşdü

0

APA TV-nin məlumatına görə, hadisə "İnşaatçılar" metro stansiyasının yaxınlığında, geyim mağazalarının birində qeydə alınıb. Naməlum şəxs vətəndaş Namiq Bağırzadəyə məxsus kişi geyimləri mağazasında  vitrində asılan və dəyəri 30 manat olan gödəkcəni oğurlayaraq qaçıb.

 

Oğurluq anı mağazanın  təhlükəsizlik kameralarına düşüb.

 

Hadisə ilə bağlı, obyekt sahibi polisə məlumat verib. Olay yerinə gələn Yasamal Rayon Polis İdarəsinin əməkdaşları araşdırmalara başlayıblar. Hazırda oğrunun müəyyən olunaraq tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2343

Oxşar yazılar