Bakıda kütləvi dava zamanı 3 nəfər bıçaqlanıb
17 may 2019 00:33 (UTC +04:00)

Bakıda kütləvi dava zamanı 3 nəfər bıçaqlanıb

Bakının Xəzər rayonunda kütləvi dava olub.

 

ONA-nın xəbərinə görə, hadisə Buzovna qəsəbəsi, 28 mart küçəsində baş verib.

 

Dava zamanı 3 nəfər müxtəlif dərəcəli bədən xasərətləri alıb. Nəticədə 27 yaşlı Şəmiyev Tağı Aydın oğlu, 1990-cı il təvəllüdlü Məmmədov Rövşən Xəqani oğlu və 1987-ci il təvəllüdlü Quliyev Rişad Yusif oğlu bıçaqlanıb.

 

Yaralılar dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

 

T.Şəmiyevə sol budun arxa səddinin kəsilmiş-deşilmiş yarası, R.Məmmədova başın təpə nahiyəsinin səthinin əzilmiş yarası, R.Quliyevə isə sol gicgah nahiyəsinin əzilmiş-kəsilmiş yarası diaqnozu qoyulub. Hər 3 yaralıya ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

 

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1978
avatar

Oxşar yazılar