Bakıda kütləvi dava: 1 nəfər bıçaqlandı
23 yanvar 2016 02:46 (UTC +04:00)

Bakıda kütləvi dava: 1 nəfər bıçaqlandı

Bakının Yasamal rayonunda kütləvi dava olub.

 

APA-nın məlumatına görə, hadisə Şərifzadə küçəsində baş verib.

 

Dostları ilə toydan çıxan 33 yaşlı Elgiz Şakir oğlu Mehdiyevin naməlum şəxslərlə mübahisəsi düşüb. Mübahisə daha sonra əlbəyaxa davaya çevrilib. Dava zamanı həmin şəxslərdən biri üzərində gəzdirdiyi bıçaqla Elgiz Mehdiyevin kürək nahiyəsindən zərbə endirib. Yaralı dostları tərəfindən xəstəxanaya çatdırdıb. Həkimlər onun həyatını xilas edə biliblər.

 

Hadisə barədə Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə məlumat verilib. Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırmalar davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 394

Oxşar yazılar