Bakıda kafe yandı
17 noyabr 2014 23:13 (UTC +04:00)

Bakıda kafe yandı

Bakıda yanğın hadisəsi qeydə alınıb.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN)  saytına istinadən verdiyi məlumata görə, Bakının Nəsimi rayonunda üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 60 kv.m olan kafenin taxtadan ibarət divar üzlüyü və stol-stul 15 kv.m sahədə yanıb.

 

Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 487
avatar

Oxşar yazılar