Bu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfərin intihara cəhd etməsi haqqında məlumat daxil olub. Lent.az nazirliyin saytına istinadən məlumat verir ki, dərhal nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb. Hadisə yerində məlum olub ki, vətəndaş çoxmərtəbəli binanın eyvanına çıxaraq intihar etmək niyyətini nümayiş etdirir. Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbətlər nəticəsində intihar etmək istəyən şəxs fikrindən daşındırılmış və təhlükəsiz əraziyə endirilərək aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 14:01-də başa çatıb.