Bakıda yanğın hadisəsi qeydə alınıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Səbail rayonu, vətəndaşa məxsus ümumi sahəsi 600 kv.m olan ikimərtəbəli 8 otaqlı evin 1-ci mərtəbəsində yerləşən sahəsi 10 kv.m olan köməkçi otağın içərisində 5 kv.m sahəyə yığılmış taxtalar və 1 ədəd masa qismən yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.