Bakıda axtarışda olan iki qadın tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Binəqədi RPİ İstintaq Şöbəsi, 4-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində, vətəndaşların etibarından sui-istifadə edərək, Bakı şəhər sakinləri – Ramin Verdiyevdən 2011-ci ildə 7000 manat, Xəyalə Haqverdiyevadan 2012-ci ildə 16000 ABŞ dollar alıb qaytarmamaqda şübhəli bilinən, 1970-ci il təvəlüdlü Bakı şəhər sakini Pərvanə Qarayeva tutulub. Şübhəli şəxsə CM-nin 178-ci maddəsi ilə cinayət işi açılıb.
Bundan başqa Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 177-ci maddəsi ilə axtarışda olan Mətanət Hüseynova da tutulub.
Hər iki şəxs ətrafında araşdırmalar davam etdirilir.