Bu barədə məlumat Lent.az-a Nizami Rayon Polis İdarəsindən verilib. Məlumata görə, Ağaverdiyev Elvin Akif oğlu dostu Lətifov Ramin Rafiq oğlu birlikdə avtomobillə hərəkətdə olarkən "Xalqlar dostluğu" metro stansiyasının yaxınlığında cinsi azlığın nümayəndəsi Şahbazov Vüsal Həsənqulu oğlu ilə tanış olublar. Onlar Vüsal Şahbazovu avtomobilə əyləşdirərək, ağaclıq sahəyə aparıblar. Dostlar Vüsal Şahbazova qarşı fiziki güc tətbiq edərək, 430 manat pulunu və iki ədə mobil telefonunu əlindən alıblar.
Vüsal Şahbazov hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsinə şikayət edib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ramin Lətifov isti izlərlə saxlanılıb və məhkəmə qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. Hadisənin digər iştirakçısı Elvin Ağaverdiyevi isə dərhal saxlamaq mümkün olmayıb. Hadisədən bir gün sonra o Azərbaycan Respublikası ərazisini qatarla tərk etməyə çalışarkən polis əməkdaşları tərəfindən Qusar rayonu ərazisində tutulub. Bu gün onun da barəsində həbs-qətimkan tədbiri seçilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Mahir Məmmədli