Bakıda gənclər arasında qanlı davanın TƏFƏRRÜATLARI - YENİLƏNİB
24 oktyabr 2014 13:20 (UTC +04:00)

Bakıda gənclər arasında qanlı davanın TƏFƏRRÜATLARI - YENİLƏNİB

 

 

Sabunçuda baş verən qətl hadisəsinin təfərrüatları bəlli olub.

 

APA-nın məlumatına görə, hadisə Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivində “Göl” deyilən ərazidə qeydə alınıb.

 

Lənkəran şəhərində anadan olan 18 yaşlı Asim Bünyadov, dostu, 20 yaşlı Xızı rayon sakini Yarəli Dadaşovla birlikdə şəxsi münasibətlər zəminində tanışları Gədəbəy rayon sakini, 22 yaşlı Röyal Səfərovu qətlə yetiriblər.

 

Tanışlar arasında münasibətlərin pozulmasına pul səbəb olub. Belə ki, Röyal bir müddət əvvəl Asimdən borc pul alıb. Asim pulunu tələb edən zaman tərəflər arasında mübahisə düşüb. Bundan sonra Asim Maştağa qəsəbəsində yaşayan Röyal Səfərovu aralarında yaranan mübahisəni həll etmək üçün yaşadığı “Savalan” yeni yaşayış massivinə dəvət edib. Asim Röyalla söhbətə dostu Yarəlini də çağırıb. Tərəflər göl qırağında görüşüblər. Asim orada yenidən pulunu tələb edib. Eşitdiyi cavab onu qane etmədiyindən üzərində olan bıçaqla Röyala çoxsaylı zərbə endirib.

R. Səfərovun öldüyünü görən dostlar hadisə yerini tərk ediblər.

Qətldən 20 saat sonra A. Bünyadovla Y. Dadaşov 14-cü polis bölməsinə gələrək könüllü təslim olublar. Onların ifadəsindən sonra hadisə yerinə gedən polis əməkdaşları R. Səfərovun meyitini orada aşkarlayıblar. Şübhəli şəxs qismində saxlanılan dostlar Sabunçu Rayon Prokurorluğuna təhvil veriliblər.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

 

 
 
***
 
 
17:47
 
Bakıda qətl hadisəsi baş verib.

 

Sabunçu Rayon  Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Maştağa qəsəbəsində, Savalan yeni yaşayış massivində “Göl” deyilən ərazidə qeydə alınıb.

Bakı şəhər sakinləri, 1996-cı il təvəllüdlü Asim Etibar oğlu Bünyatov və 1994-cü il təvəllüdlü  Yarəli Ağadadaş oğlu Dadaşov aralarında yaranan münaqişə zəminində  1992-ci il təvəllüdlü Röyal Müzəffər oğlu Nəcəfova çoxsaylı bıçaq zərbələri yetirərək qətlə yetiriblər.

Hadisəni törədən şəxslər tutulub.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi alıb, araşdırma aparılır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5692
avatar

Oxşar yazılar