APA-nın məlumatına görə, "Koroğlu" metro stansiyasının yaxınlığındakı körpünün üzərinə çıxan 30-35 yaşları arasında olduğu güman edilən Zamiq İbrahimov adlı şəxs özünü körpüdən atacağını söyləyib.
Hadisə yerinə dərhal FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları və polislər gəlib. Hazırda özünü körpüdən atmaq istəyən şəxslə danışıqlar aparılır.