Bakıda faciə: <span style="color:red;">ATA VƏ OĞLU ÖLDÜ
03 mart 2014 09:42 (UTC +04:00)

Bakıda faciə: ATA VƏ OĞLU ÖLDÜ

Ötən gecə Bakının Binə qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, "Opel", VAZ-21011 və “Mercedes” markalı markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər ölüb, 4 adam xəsarət alıb.
 
Qəzaya "Opel" markalı avtomobilin döngədə qəfil dayanması səbəb olub. Onun qarşısına piyadanın çıxdığı ehtimal olunur. "Opel" dayandıqdan sonra zəncirvari qəza əmələ gəlib. Toqquşma nəticəsində avtomobillər deformasiyaya uğrayıb və hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. Xilasedicilər avtomobillərdə sıxılmış vəziyyətdə qalan iki cəsədi və xəsarət alan iki azyaşlını çıxarıblar, ərazidə təhlükəsizlik tədbirləri görüblər.
 
Xətai rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, qəza nəticəsində iki nəfər hadisə yerində, bir nəfər isə xəstəxanada ölüb. Bunlar "Opel"in sürücüsü Mürsəlov Mirzahid Mehbalı oğlu, "VAZ-21011"-in sürücüsü Sadıqov Elnur Səfərəli oğlu və onun atası Sadıqov Səfərəli Səid oğludur. 3 saylı şəhər kliniki xəstəxanasından isə bildirilib ki, xəstəxanaya 5 yaralı aparılıb. Yaralılardan ikisinin vəziyyəti ağır olub və onlardan birinin həyatını xilas etmək mümkün olmayıb. Digər yaralı ağır vəziyyətdədir. Xəsarət alanlardan 3-ünə ilkin tibbi yardım göstərilib və xəsarətləri yüngül olduğu üçün evə buraxılıblar.
 
Xəzər Rayon Polis İdarəsində hadisə ilə bağlı araşdırma aparılır.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2186
avatar

Oxşar yazılar