Bakıda 43 yaşlı kişi intihar edib. Lent.az-ın məlumatına görə, Xətai rayonu Mehmandarov küçəsi 74/66 ünvanındakı mənzildə ev sahibi, 1970-ci il təvəllüdlü Kojevnikov Andrey Yuriyeviç özünü asaraq intihar edib. A.Kojevnikov özünü elektrik naqili ilə tavandan asıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, A.Kojevnikov ailəli, 1 uşaq atası olub. Onların iki evi olub və hadisənin baş verdiyi mənzil təmirdə imiş. Dekabrın 24-də Andrey təmir işləri ilə tanış olmaq üçün Mehmandarov küçəsindəki binanın ikinci mərtəbəsində yerləşən mənzilə gəlib. Bir müddət sonra həyat yoldaşı onunla əlaqə saxlamağa çalışsa da, 43 yaşlı kişi telefona cavab verməyib. Evə gələn qadın qapının bağlı olduğunu görüb. Qapını aça bilməyən qadın A.Kojevnikovun dostuna müraciət edib. Həmin şəxs də mənzilə pəncərədən daxil olub və dostunun asılı vəziyyətdə qalmış meyitini görüb.
Bildirilir ki, intihar edən şəxs spirtli içki aludəçisi olub. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.