Bakıda evi tiryəkxanaya çeviriblər
23 oktyabr 2014 11:17 (UTC +04:00)

Bakıda evi tiryəkxanaya çeviriblər

0

Bakıda tiryəkxana aşkarlanıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Nəsimi RPİ 21-ci PB əməkdaşlarının cibgirlik cinayəti ilə bağlı keçirdikləri əməliyyat tədbirləri nəticəsində, İ.İsmayılov küçəsində yaşayan, əvvəllər məhkum olunmuş 1963-cü il təvəllüdlü Müzəffər Bağırovun evində tiryəkxana açması müəyyən edilib. M.Bağırovun mənzilinə baxış keçirilərkən satış məqsədi ilə əldə etdiyi 1,480 qram heroin, 5 ədəd 2 qramlıq şprisin içərisində heroindən hazırlanmış məhlul aşkar edilərək götürülüb. Müştəri qismində həmin ünvanda olan Bakı şəhər sakinləri, dəfələrlə cibgirliyə görə məhkum olunmuş, 1954-cü il təvəllüdlü Əli Novruzovdan 0,850 və 1964-cü il təvəllüdlü  Elçin Nəsirlidən 0,761 qram heroin götürülüb.

 

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 861

Oxşar yazılar