Bakıda dələduzluq maddəsi ilə axtarışda olan şəxslər tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən xəbərə görə, Xətai Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 37-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, CM-nin 178-ci maddəsi ilə axtarışda olan 23 yaşlı Şəhriyar Hədizadə yaxalanıb.
Nərimanov Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 17-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində də, CM-nin 178-ci maddəsi ilə axtarışda olan 53 yaşlı Gülxanım Əhmədova tutulub.
Qeyd edək ki, G.Əhmədova əvvəllər də dələduzluq əməllərinə görə məhkum olunub.