Bakı şəhərinin Nəsimi rayonu ərazisində tikinti sahəsində faciəvi hadisə baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, fevralın 25-də saat 18 radələrində H.Əliyev küçəsi ilə Ə.Quliyev küçəsinin kəsişməsində “21-ci əsr” MMC-nin tikdiyi çoxmərtəbəli binada fəhlə yıxılıb. Binanın 12-ci mərtəbəsində beton deşmə işləri ilə məşğul olan usta köməkçisi, 1991-ci il təvəllüdlü Əliyev Emin Tahir oğlu 12-ci mərtəbədəki eyvandan 4-cü mərtəbədəki eyvana yıxılıb. 22 yaşlı oğlan aldığı ağır bədən xəsarətlərindən yerindəcə keçinib.
Faktla əlaqədar cinayət işi açılıb, araşdırmalar aparılır.