Bakı şəhərinin Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının pilləkan qəfəsində quraşdırılmış elektrik lövhəsinin giriş və çıxış kabelləri 10 p.m yanıb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, yanğın zamanı 17 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Elektrik lövhəsi və yaxınlıqdakı mənzillər yanğından mühafizə edilib. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.