Bakıda avtomobil oğruları tutuldu
15 oktyabr 2014 10:39 (UTC +04:00)

Bakıda avtomobil oğruları tutuldu

0

Bakıda avtomobil oğurluğunda şübhəli bilinən şəxslər saxlanılıb. Lent.az-ın Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, oktyabrın 9-da Qafqaz küçəsində yaşayan Vidadi Məmmədova məxsus “VAZ-2106” markalı avtomobil qaçırılıb. Nizami Rayon Polis İdarəsi və 23-cü polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cinayətdə şübhəli bilinən Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Məcidbəy Vəkilov yaxalanıb.

 

Aparılan araşdırmalara görə, müəyyən edilib ki, o, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş 1997-ci il təvəllüdlü Hüseyn Məlikov və 1994-cü il təvəllüdlü Tahir Namazovla birlikdə oktyabrın 11-nə keçən gecə, Nərimanov rayonu A.Qərib küçəsində yaşayan İsmət Məmmədova məxsus “VAZ-2106” markalı avtomobili qaçırıblar.

 

Daha sonra müəyyən edilib ki, onlar 2013-cü il sentyabrın 27-də Bakı şəhər sakini, Əfqan Abdullayev məxsus Ə.Əzimzadə küçəsində yerləşən mağazadan, nəfəsliyin şüşəsini sındırmaq yolu ilə 180 manat, tütün məmulatı və ərzaq məhsulları, bu il sentyabrın 15-də Babək prospektində yaşayan Sabiq Babayevə məxsus “Toyota” markalı avtomobildən, şüşəni sındırmaqla 1300 manat oğurlayıblar.

 

Əməliyyat tədbirləri zamanı H.Məlikov və T.Namazov da yaxalanıblar.

 

Faktla bağlı araşdırmalar aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 888

Oxşar yazılar