Bakıda avtomobillərin şüşəsini sındıranlar yaxalandı
27 iyul 2018 12:12 (UTC +04:00)

Bakıda avtomobillərin şüşəsini sındıranlar yaxalandı

Bakıda avtomobillərdən oğurluq edən şəxslər tutulub. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Nəsimi RPİ  22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 24-də S.Ağazadənin “Mercedes” markalı avtomobilindən 300 manat və mobil telefon oğurlamaqda, Z.Mirzəzadənin “Mercedes” markalı avtomobilindən isə oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Ceyhun Abbasov saxlanılıb, daha 2 nəfər isə müəyyən edilib.

 

Onların iyulun 23-də Bakı şəhər sakini S.Qasımovun “Mercedes” markalı avtomobilindən şüşəni sındırmaq yolu ilə oğurluğa cəhd göstərmələri də müəyyən edilib.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 216
avatar

Oxşar yazılar