Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Nəsimi rayonunun A.Mustafayev küçəsində müəyyən edilməyən avtomobillə 50-55 yaşlı kişi vurulub. Xəstəxanaya yerləşdirilən şəxs orada da ölüb.
Faktla bağlı araşdırma aparılır. Ölənin şəxsiyyəti müəyyənləşdirilir.