Bakıda avtomobil YDM-ə çırpılıb
29 may 2019 04:37 (UTC +04:00)

Bakıda avtomobil YDM-ə çırpılıb

0

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

 

ONA-nın xəbərinə görə, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

 

Belə ki, "BYD" markalı minik maşını əvvəlcə Məhəmməd Behbudovun idarə etdiyi "Opel" markalı avtomobilə dəyib, ondan sonra yaxınlıqdakı yanacaq doldurma məntəqəsinin qiymət tablosuna çırpılaraq aşıb. Nəticədə avtomobilə ciddi ziyan dəyib.

 

Qəzanın təfərrüatlarını Nərimanov polisi araşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 567

Oxşar yazılar