Lent.az-ın məlumatına görə, hadisə Zığ şosesində qeydə alınıb. Yüksək sürətlə hərəkətdə olan BMW markalı avtomobilin sürücüsü döngədə idarəetməni itirib. Nəticədə maşın su-kanalizasiya xətlərinin dəyişdirilməsi üçün qazılmış yarğana düşüb.
Qeyd edək ki, yolun qazıntı işlərinin aparılan hissəsində bu barədə xəbərdarlıq nişanı qoyulub. Lakin BMW-nin sürücüsü nişana əhəmiyyət verməyib və avtomobili yüksək sürətlə idarə edib. Nəticədə, o, yarğanı görsə də, avtomobili saxlaya bilməyib.
Yarğana düşən avtomobilin sürücüsü xəsarət almasa da, avtomobil yararsız vəziyyətə düşüb. Maşını yarğandan çıxarmaq da asan olmayıb.
Faktla bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Mahir Məmmədli