Bakıda avtomobil yanaraq külə döndü
04 noyabr 2014 07:20 (UTC +04:00)

Bakıda avtomobil yanaraq külə döndü

0

APA-nın məlumatına görə, hadisə Nizami rayonu Babək  prospektində qeydə alınıb. Prospektlə hərəkətdə olan "Daewoo" markalı avtomobil qəflətən yanmağa başlayıb.

 

Hadisə şahidlərinin verdiyi məlumata görə, sürücü avtomobili yol kənarında saxlayaraq ərazidən uzaqlaşıb. Dərhal hadisə yerinə gələn  Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğının qarşısını tez bir zamanda ala biliblər.

 

İlkin ehtimallara görə, yanğına avtomobilin elektrik naqillərində yaranan qısa qapanma səbəb olub. Yanğının qarşısı alındıqdan sonra avtomobil evakuator vasitəsi ilə ərazidən götürülüb. Nizami Rayon Yol Patrul Xidmətinin əməkdaşları avtomobilin sürücüsünün şəxsiyyətini və onun nə səbəbdən ərazini tərk etməsini araşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1260

Oxşar yazılar