Bakıda avtomat satan şəxs tutulub
16 iyul 2014 12:29 (UTC +04:00)

Bakıda avtomat satan şəxs tutulub

0

Bakı sakini avtomat satarkən tutulub. Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Belə ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nizami Bağırov “Kalaşnikov” markalı avtomat silahı, 1 ədəd patron darağını və 5 ədəd patronu satarkən tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 900

Oxşar yazılar