Bakıda avtobusun vurduğu piyada öldü
Bakıda avtobus piyadanı vurub.
Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 21-də saat 7 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakini İ.Hacıyev idarə etdiyi “Daewoo” markalı avtobusla yolu keçən paytaxt sakini Kəmalə Əliyevanı vurub.
Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Binəqədi rayon Polis İdarəsidə araşdırma aparılır.
683