Bakıda avtobus qəza törətdi
06 noyabr 2014 07:30 (UTC +04:00)

Bakıda avtobus qəza törətdi

0

Bakının Xətai rayonunda sərnişin avtobusu qəza törədib.

 

APA -nın məlumatına görə, 23 saylı xətt üzrə hərəkət edən "İveсo" maraklı sərnişin avtobusunun sürücüsü, Gəncə prospektindən Zığ dairəsinə dönmə əməliyyatını yerinə yetirərkən maşın yol ayrıcındakı səkilərə çırpılıb. Toqquşmadan sonra avtobus  aşıb.

 

Hadisə vaxtı maşında sərnişinlərin olmaması qəzanın xəsarətsiz ötüşməsi ilə nəticələnib. Qəza yerinə cəlb olunan yol patrul xidmətinin əməkdaşlarından verilən məlumata görə, sürücü avtobusu sənədsiz idarə edirmiş. Sürücü izahat alınması Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinə aparılıb. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1846

Oxşar yazılar