Bakıda avtobus qəzasında yaralananların kimliyi məlum oldu - <span style="color:red;">YENİLƏNİB-3
31 oktyabr 2014 01:37 (UTC +04:00)

Bakıda avtobus qəzasında yaralananların kimliyi məlum oldu - YENİLƏNİB-3

0

Bakıdakı avtobus qəzasında xəsarət alan sərnişinlərdən daha birinin adı məlum olub. APA-nın məlumatına görə, 52 yaşlı Əmrahova Zemfira Mədət qızı da xəstəxanaya yerləşdirilib.

 

 

****

 

00.53

 

Bakının Biləcəri qəsəbəsində avtobusun yük maşınına çırpılması nəticəsində yaralananların adları məlum olub. APA-nın məlumatına görə, avtobusun sərnişini, 1993-cü il təvəllüdlü İsmayilov Huseyin Mübariz oğlu Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Daha iki sərnişin - 21 yaşlı Məmmədova Zərifə Bəhlul qızı və 27 yaşlı Zeynalova Günay Bilal qızı isə dəmiryolu xəstəxanasına çatdırılıb.

 

Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsindən APA-ya verilən məlumata görə, avtobusun sürücüsü 37 yaşlı Hüseynov Eyvaz Bayram oğlu deformasiyaya uğramış avtobusdan FHN-in xilasediciləri tərəfindən çıxarılıb, təcili tibbi yardım briqadasına təhvil verilib. 

 
Qəza nəticəsində xəsarət alan 5-ci şəxsin kimliyi dəqiqləşdirilir. 

 

 

****

 

21.47

 

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb. 92 saylı marşrut xətti üzrə hərəkət edən iritutumlu sərnişin avtobusu yol kənarında dayanmış "MAZ" markalı qoşqulu yük maşınına çırpılıb.

 

Qəza nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər. Hazırda xəsarət alanların sayı dəqiqləşdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3561

Oxşar yazılar