Bakıda arpa almaq istəyən iranlıya 58 min dollar "atdılar"
Bakıda İran vətəndaşına qarşı dələduzluq edilib.
Lent.az-ın trend-ə istinadla verdiyi məlumata görə, hadisə paytaxtın Xətai rayonunda baş verib.
Nərimanov rayonu, Ə.Əliyev küçəsi ev 26, mənzil 185-də yaşayan, İran vətəndaşı Heidari Muhammad Reza Alı oğlu polisə müraciət edərək bildirib ki, ötən il dekabrın 15-də paytaxtın Xətai rayonu, M.Hadi küçəsi 1 saylı ünvanın qarşısında tanışı Elgün adlı şəxsə arpa almaq məqsədilə 58 min 600 dollar verib.
Amma həmin şəxs ona qarşı dələduzluq edib.
Faktla bağlı araşdırma aparılır.
1328