<b>Bakının mərkəzindəki aptekdə<span style="color:red;"> QULDURLUQ </b>
24 iyul 2018 11:41 (UTC +04:00)

Bakının mərkəzindəki aptekdə QULDURLUQ

Quldurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə,  iyulun 22-də saat 23 radələrində Nəsimi rayonu ərazisindəki apteklərin birində naməlum şəxsin satıcını bıçaqla hədələyərək kassa aparatından 900 manat pul aparması barədə DİN-in “102 - Zəng Mərkəzi” Xidmətinə müraciət daxil olub.

Məlumatla əlaqədar dərhal Nəsimi RPİ 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Gədəbəy rayon sakini, əvvəllər məhkum olunmuş Fuad Zeynallı olduğu müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 337
avatar

Oxşar yazılar